Xəbər lenti

 

İranın sabiq prezidenti Məhəmməd Xatəmi cümə günü keçiriləcək seçkilərdə Həsən Ruhanini dəstəklədiyini açıqlayıb.

Ovqat.com xəbər verir ki, Xatəmi sosial mediada paylaşdığı video-mesajda İran xalqını da Ruhaniyə səs verməyə çağırıb.

Ruhani hökumətinin fəaliyyətini uğurlu olaraq qiymətləndirən Xatəmi onun bütün çətinliklərə rəğmən, yaxşı xidmətlər ortaya qoyduğunu bildirib.

İranın Ruhani ilə birlikdə girdiyi yolu yarıladığını deyən eks-prezidentin fikrincə, mövcud hökumət qarşıda dayanan bəzi problemləri həll edib:

“Öhdəsindən gəlməyimiz lazım olan daha böyük problemlər üçün isə yola davam etməliyik."

Video-mesaj "Daha yaxşı bir gələcək və ümidlərin güclənməsi üçün təkrar Ruhaniyə səs verin!" sözləriylə tamamlanır.




Ana səhifəyə qayıt        Baxış: 920          Tarix: 14-05-2017, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma