Əfşar Süleymani prezident seçkiləri namizədləri arasında həm İranın tamamı, həm də ölkənin qeyri-fars cəmiyyətləri üçün ən yaxşı alternativin Həsən Ruhani və İshaq Cahangiri olduğunu vurğulayır. İranın Azərbaycandakı keçmiş səfiri qarşıdan gələn prezident seçkilərində mötədil-islahatçı və muhafizəkar qüvvələr arasındakı yarışı dəyərləndirib.
Amerikanın Səsi-nin məlumatına görə, Süleymani müsahibədə həmçinin namizədlər arasında Azərbaycandan heç bir siyasətçinin olmadığına diqqət çəkərək, ümumiyyətlə, türklər və Azərbaycana dair “siyasi ədalət”in təmin olunmadığına işarə edib. Onun fikrincə, kimin prezident seçiləcəyindən asılı olmayaraq, İran parlamentindəki türk vəkillər türklərin hakimiyyətdə payını almaq üçün ciddi çalışmalar aparmalıdırlar.
Süleymani “İranda hər şeyin prezident və hökümətin əlində olmadığını” nəzərə alaraq, Prezident Ruhaninin verdiyi vədlərin çoxunun yerinə yetirdiyini irəli sürür. O, Həsən Ruhaninin uğurlarının əsasən xarici siyasət sahəsində əldə edildiyini söyləyir:
“Öncəliklə bunu söyləyə bilərəm ki, cənab Ruhani hökumətinin xarici siyasət üzrə işləri gerçəkdən çox səmərəli idi... Çalışdılar ki, xarici ölkələr və beynəlxalq təşkilatlar ilə əlaqələri genişləndirsinlər, etimad qazansınlar, qarşılıqlı etimadı dərinləşdirsinlər və əməkdaşlıqları yüksəltsinlər. Əlbəttə, həll olmayan məsələlər də var. O da ondan qaynaqlanır ki, hər şey İranın, ya digər ölkələrin əlində olmur. Bölgədə böhranlar var...”
Sabiq səfirin fikrincə, xarici əlaqələrə dair bəzi problemlərin çözülməsi iqtisadi sahədə də müəyyən uğurlarla nəticələnib.
Onun dediklərinə görə, nüvə danışıqları nəticəyə çatdı və onun iqtisadi sahələrdə səmərələrinə şahid olduq: "Əlbəttə, tənqidlər də vardır. Amma belə düşünürəm ki, keçmiş prezident Mahmud Əhmədinejad İranı bir vəziyyəti qoymuşdu ki, cənab Ruhani gəlməsəydi və bu işləri görməsəydi, vəziyyət dəyişməzdi. Ümumiyyətlə, sistem də, yəni yuxarıda İranın ali rəhbəri də buna yaşıl işıq göstərməsə idi, bu imkan olmayacaqdı”.
O əlavə edir: “Muhafizəkar namizədlər bütün çıxış və təbliğatlarında 8 illik Əhmədinejad dönəmində vəziyyət nə qədər pisləşmişdi, bunu Ruhaninin boynuna atırlar. Misal üçün, işsizlik məsələsi, habelə yoxsul və zəif sinifləri qabardırlar və onlardan səs almaq istəyirlər. Amma, məncə, İran xalqı səkkiz illik Əhmədinejad dövrünü təcrübə edib və tuzağa düşməz, düz seçimini yapar”.
Əfşar Süleymani Həsən Ruhaninin Azərbaycan əhalisinə verdiyi sözlər, o cümlədən, Türk Dil Qurumunun təsisinə dair vədini yerinə yetirmədiyinin səbəbini də “İranda hər şeyin prezidentin əlində olmadığı”nı önə çəkərək açıqlayır:
“İran İslam Respublikasının strukturu belədir ki, hər şeyi prezident həll edə bilmir. Bu real bir məsələdir və həmiş belə olmuşdur. Hökumət bir kabinetdir və sadəcə bəzi işləri görə bilir. Məclis var, məhkəmə sistemi var, Ali rəhbərin əhatəsində güclü orqanlar və təşkilatlar var ki, prezidentə tabe deyillər. Hərbi qüvvələr və ordu prezidentə tabe deyil. Bunlar sadəcə hökumət yox, Məclisə də tabe deyillər”.
O, bütün bunlara baxmayaraq, yenə də qeyri-fars cəmiyyətlər üçün ən yaxşı alternativin mötədil-islahatçı qrupların dəstəklədiyi namizədlər olduğunu vurğulayır:
“Həm İran xalqına, həm İrandakı millətlər, yəni türklər, ərəblər, kürdlər, bəluçlar, giləklər və lurlar - bunların hamısı üçün yenə də Həsən Ruhani və İshaq Cahangirini ən doğru seçim bilirəm. Təbii ki, mən bunu bu 6 namizəd arasında deyirəm. İranda mümkün olsaydı, Ruhani və Cahangiridən də yaxşıları var idi. Amma əminəm ki, bunların ikisindən biri olmasa, indiyə qədər əldə etdiklərimiz də əldən gedər”.
İranın Azərbaycandakı sabiq səfiri namizədlər arasında Azərbaycandan heç bir siyasətçinin olmadığına dair düşüncələrini də paylaşıb:
“Əlbəttə, arzu edərdim ki, türklərdən, Azərbaycandan güclü siyasətçilər də namizədlər arasında olaydı. Siyasi ədalət odur ki, bütün xalqlar sayına əsasən İran İslam Respublikasında öz yerlərini tutsunlar. Yəni ən azından prezidentliyə bizdən namizəd olsaydı, versəydilər, təbii ki, güclü olsaydı, biz onu dəstəkləməli idik. Eyni zamanda, Nazirlər Kabinetinin ən azından 30 faizi bizdən olmalıdır. Məncə, siyasi ədalət budur ki, biz öz payımızı ala bilək. İndi parlamentdə yüzə yaxın türk millət vəkili var. Onlar da, prezident hər kim olsa, bu payı almalıdırlar
Paylaş: