Xəbər lenti

    

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır.

DİN-dən Ovqat.com-a verilən məlumatda belə deyilir.

Məlumata görə, avqust ayının 1-dən 2-dək daxili işlər orqanlarında əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur: 

“Axtarışda olan ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

         - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər xəsarət almışdır. 

         - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.

         - Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır”.




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 2-08-2018, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma