Xəbər lenti

 

Terror təşkilatı PKK-nın rəhbərliyi altında qurulan Suriya Suriya Demokratik Güclərinin (SDG) “qara qutusu” Talal Silo Türkiyə kəşfiyyat orqanlarının əlinə keçib.

Ovqat.com Türkiyə mətbuatına istinadən bildirir ki, artıq MİT-in əlində olan Talal Silo hazırda PYD-nin təşkilati quruluşu, hardan, necə yardım aldığı barədə səmimi ifadələr verir.

Suriya Demokratik Güclərinin aparıcı liderlərindən sayılan və bir çox sirlərini bilən Talal Silonun öz xoşuyla təslim olduğu, yoxsa ələ keçirildiyi barədə, hələ ki, heç bir rəsmi məlumat açıqlanmır. Türkiyənin “Hürriyet” qəzetinin verdiyi məlumatlardan isə belə anlaşılır ki, SDG sözçüsü öz xoşuyla təslim olub.

Bildirildiyinə görə, türkmən əsilli olan və vətəndaş müharibəsi başlamamışdan əvvəl Suriya ordusunda polkovnik rütbəli zabit vəzifəsini daşıyan Silonun bir neçə gün bundan əvvəl SDG-dən ayrıldığı xəbəri yayılmışdı. İndisə məlum olub ki, o, öz qohumları vasitəsilə Türkiyənin dəstəklədiyi Azad Suriya ordusuyla (ASO) danışıqlar aparıb. Bir həftəlik sövdələşmələrdən sonra dünən 3 nəfərlə birlikdə Türkiyə sərhəddində yerləşən Cerablusa keçməyi bacaran Silo buradakı ASO qüvvələrinə təslim olub.

“Qara qutu”nun ciddi təhlükəsizlik tədbirləri altında Türkiyəyə gətirildiyi bildirilir.

Türkmən əsilli polkovnikin PKK-PYD nəzarətindəki SDG-nə qoşulmasına gəlincə, bildirildiyinə görə, Silo əvvəl öz məmləkəti Cobanbəy-Elbəyi bölgəsini qorumaq üçün Səlcuq hərbi briqadası yaradır. 2015-ci ilin avqust ayında Çobanbəy İŞİD-in əlinə keçdikdən sonra Səlcuq briqadası əlavə güc qazanmaq məqsədilə Müxalif İnqilabçılar Ordusuna qoşulur. ABŞ-ın təşviqiylə həmin ilin oktaybrında “müxalif inqilabçılar” PKK/PYD nəzarətində qurulan SDG-lə birləşir.

Silonun etiraflarıyla PKK/PYD-nin tamamilə çökərdiləcəyi və ABŞ-ın Suriyada terrora verdiyi dəstəyin ifşa olunacağı güman edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 050          Tarix: 16-11-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma