Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiev İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani ilə Tehranda görüşüb.
Ovqat.com xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurası bildirib.
Şuranın açıqlamasına görə, Lavrentiev və Şəmxani görüşdə Suriya məsələsiylə yanaşı, iki ölkə arasındakı siyasi və hərbi əlaqələri də müzakirə ediblər.
Görüşdə İran, Suriya və Rusiya arasındakı əməkdaşlığa diqqət çəkilib, Astana sammitində Suriya probleminin müzakirəsinin atəşkəsə təsir imkanları da masaya yatırılıb.
Qeyd edək ki, İran, Rusiya və Suriya müdafiə nazirləri Suriya problemini müzakirə etmək üçün dünən Moskvada bir araya gəlmişdilər. Digər iki rəsminin bu görüşdən sonra yenidən bu gün Tehranda masa ətrafında əyləşməsi diqqətçəkicidir.
Onu da diqqətə çatdıraq ki, Astana sammitində aparıcı dövlətlərdən biri də Türkiyə idi. Hətta sammitin ilk əvvəl Türkiyə və Rusiyanın təşəbbüsüylə keçirildiyi bildirilirdi. İndisə görüşlərdə Türkiyənin seyrək görünməsi və xüsusilə də son görüşdə onun adının ümumiyyətlə çəkilməməsi Ankaranın bu prosesdən ya öz xoşuyla uzaqlaşması, ya digər müttəfiqlər tərəfindən uzaqlaşdırılması ehtimalını ağla gətirir.
Ankaranın Qərblə Şərq arasında var-gəl etməsi, köhnə müttəfiqi ABŞ-ın son zamanlar yenidən anti-Əsəd mövqeyinə qayıtması Astana müttəfiqləri arasında bu soyuqluğun yaranmasının başlıca səbəblərindən biri ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar