Xəbər lenti

  

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran Prezidenti və Xarici İşlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

Ovqat.com-un məlumatına görə, Respublikamızın 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Bəzi mütəxəssislər fikrincə, əslində Qoşulmama Hərəkatı elə BMT-yə alternativ kimi yaradılıb. Zira II Dünya müharibəsinin qaliblər klubu kimi fəaliyyət göstərən BMT-nin imperativ qərarlar qəbul edən bir orqanı var – Təhlükəsizlik Şurası. 5 üzvünün hamısının II Dünya müharibəsi qaliblərindən təşəkkül tapması onun qəbul etdiyi qərarlara da ciddi təsir göstərir və dünyanın imperialist maraqlarla idarə olunmasını tənzimləyir. Odur ki, bəzi narazı dövlətlərin təşəbbüsü ilə hələ 1955-ci ildə İndoneziyada Bandonq konfransında yaradılma təşəbbüsü ilə sürülən qurum 5 ildən sonra təsis olunmuşdur. 1961-ci ildə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı bəyan edilmişdir.

Getdikcə sıraları böyüyən təşkilatın hazırda 120 üzvü var. Onlardan 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i isə Avropa dövlətidir. İndiyədək Hərəkatın 17 sammiti keçirilib. 18-ci sammit isə bir neçə gündən sonra Bakıda təşkil olunacaq. Bu da təsadüfi deyil. 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdək sədrlik Azərbaycana həvalə edilmişdir. Qısası, Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ilə qədər Qoşulmama Hərəkatının sədri vəzifəsini yerinə yetirir.

Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı da 2018-ci il 3-6 aprel tarixlərində ölkəmizdə keçirilmiş və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilmişdir.

Rəsmi Bakı Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədinin üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacağını bildirmişdi. Qeyd edək ki, bu Hərəkata qoşulmaq və ona sədrlik missiyasını yerinə yetirmək Azərbaycanın qlobal imicinə müsbət təsir göstərmiş, ən əsası isə qonşu dövlətlər yaxın əməkdaşlıq imkanı yaratmışdır. Heç uzağa getməyək, Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan beynəlxaIq neft şirkətlərinin mənsub olduğu dövlətlərin Xəzər dənizinə ordu yeridəcəyindən həmişə ehtiyatlanan İranın ölkəmizlə münasibətlərində davamlı gərginlik yaşanmışdı. Azərbaycan bu Hərəkata üzv olduqdan sonra rəsmi Tehranın bu əndişələri xeyli azalmışdır. Bu baxımdan həmin qurumda təmsilçiliyimiz bloklara qoşulmayacağımız barədə beynəlxalq öhdəlik götürməyimizin ən gözəl ifadəsi olmuşdur.

İran prezidentinin Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak etmək üçün Bakıya səfəri də ikitərəfli münasibətlərin daha sağlam zəminə oturdulmasına şərait yarada bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 795          Tarix: 21-10-2019, 14:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent