Xəbər lenti

 

“İŞİD-in sıralarında 30 mini xarici ölkələrdən muzdla tutulmuş 80 min döyüşçü var”.

Ovqat.com xəbər verir ki, bu məlumatı Rusiya prezidenti Vladimir Putin ABŞ rejissoru Oliver Stonenin hazırladığı sənədli filmdə dilə gətirib.

 O, Stonenin “Showtime” televiziyasında 'The Putin Interviews' (Putin intervüləri) adlı sənədli filminin 3-cü hissəsində “xilafət” əsgərləri arasında xeyli sayda Rusiya vətəndaşları olduğunu da gizlətməyib.

Filmdə Moskvanın İŞİD-ə qarşı mübarizəsindən bəhs edən Putin Rusiyanın bu istiqamətdəki səyləri ilə ABŞ liderliyində qurulan koalisiyanın fəaliyyətini müqayisə edib:

"Bizim pilotlarımız gündə ortalama 70-120 hava hücumu həyata keçirdiyi halda, ABŞ-ın liderliyindəki koalisiya mübarizələrini 2-3 və ya 5 əməliyyatla məhdudlaşdırır”.




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 15-06-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma