Xəbər lenti

  

Bu yaxınlarda hökumət adamları və bəzi deputatların iştirak etdiyi toplantıların birində Əbülfəz Elçibəylə bağlı ciddi mübahisə düşüb.

Ovqat.com-un məlumatına görə, mübahisənin səbəbi Bakı meri Hacıbala Abutalıbovun mərhum bəy barədə təhqiramiz danışması olub.

Merin təhqiramiz üslubu cavabsız qalmayıb. Toplantıda iştirak edənlərdən biri onun cavabını verib. H. Abutalibov bu cavabdan elə pəjmürdə olub ki, yanında oturan Bakı prokurorundan onunla mübahisəyə girişən millət vəkilinin həbsini tələb edib. Prokuror isə merə deputat toxunulmazlığı deyilən bir anlayışın olduğunu və əslində Hacıbalanın özünün yerində dinc oturmadığını, ölülər haqqında ehtiramla danışmağın vacibliyini zor-bəlayla başa sala bilib.

Bildirildiyinə görə, toplantıda hökumətin ən yüksək eşalonuna yaxın şəxslər də iştirak edirmiş və Elçibəy barəsində mübahisəyə onlar da şahid olublar.

Qeyd edək ki, Hacıbala müəllimin cavabını verən şəxsin kimliyi bizə bəllidir. Fəqət xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığımız həmin şəxs məlumatı nə təsdiq, nə də təkzib etmədiyi kimi, ictimailəşdirilməsini də arzulamadığından onun bu istəyinə sayğıyla yanaşırıq.




Ana səhifəyə qayıt        Baxış: 9 790          Tarix: 30-06-2017, 07:09      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent