Xəbər lenti

 

Yezidi kürdlər ibarət peşmərgələr də Həşdi Şabinin tərəfinə keçib.

Ovqat.com Peşmərgə qüvvələrinin Qərb komandirliyinə istinadən xəbər verir ki, yezidi silahlıları Həşdi Şabiylə döyüşməmək barədə saziş bağlayıblar.

Bildirildiyinə görə, peşmərgə qüvvələri içərisində 8 min yezidi kürdü var və onlar Suriya sərhədlərində yerləşən Şengal (Sincar) vilayətini qorumaqla mükəlləfdirlər. Həmin silahlı qüvvələr Həşdi Şabiylə razılığa gələrək, onları vilayət mərkəzinə buraxıblar.

Şengal vilayəti Suriya ilə Şimali İraqın yeganə bağlantı nöqtəsində yerləşdiyindən böyük strateji əhəmiyyət kəsb edir və oranı itirməklə Bərzani hakimiyyətinin dünyaya açılan dar qapısı da bağlanmış oldu. Bundan əvvəl isə Kərkükü eyni qaydada itirən Ərbil faktiki olaraq iqtisadi güc mərkəzini də əldən verib. Onun digər əsas gəlir mənbələrindən sayılan  Türkiyə qapıları da artıq bağlanıb. Bu vəziyyətdə Bərzaninin hakimiyyətdə duruş gətirməsi xeyli müşkül məsələyə oxşayır. İrana bağlı Bədr briqadasıyla Cəlal Təlabaninin oğlu arasında bağlanan sazişə görə, muxtariyyətdə yeni hökumət qurulacağı xəbər verilir. Bu isə artıq Bərzani erasının bitməsi mənasına gəlir.




Ana səhifəyə qayıt        Baxış: 2 216          Tarix: 17-10-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma