Xəbər lenti
21-09-2019, 20:33

 

"OPEC+ ölkələrinin birgə atdığı addımlar dünya neft bazarına müsbət təsir göstərməkdə davam edir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak saziş üzrə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclasının açılışında çıxışı zamanı deyib.

"Əsas məsələ bütün ölkələrin OPEC+ sövdələşməsi üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sadiq qalmasıdır", - o bildirib.

A.Novak həmçinin söyləyib ki, Səudiyyə Ərəbistanının yeni energetika naziri Əbdül Əziz bin Salman əl-Səudun geniş sahə və həyat təcrübəsi OPEC+ üzvü olan ölkələrin qlobal neft bazarını sabitləşdirmək üçün əldə etdikləri nəticələri daha da yaxşılaşdırmağa imkan verəcək.

Qeyd edək ki, JMMC Əbu-Dabidə keçirilən iclasda neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişin həyata keçirilməsini və bazardakı vəziyyəti müzakirə edəcək. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanın nümayəndələri daxildir.




Ana səhifəyə qayıt        Baxış: 22          Tarix: 12-09-2019, 16:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent