Xəbər lenti

OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı mayın 25-də Vyanada qəbul etdiyi qərarın şərtləri hər an dəyişdirilə bilər. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə müsahibəsində bildirib: "Əgər biz dünya neft bazarında ehtiyatların azaldılması hədəfinə nail olmasaq, istənilən an monitorinq qrupu toplana bilər. Normal şərtlərdə isə monitorinq qrupu 2 ayda bir toplanır".

Qeyd edək ki, mayın 25-də OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının müddətini 2018-ci il mart ayının sonuna qədər uzatmaq qərarına qəlib. Lakin bu qərar neft bazarı iştirakçılarının gözləntilərinə uyğun olmayıb. Onlar daha genişmiqyaslı tədbirlər sayəsində neft bazarında qiymətlərin sabitləşməsinə nail olmağı ehtimal edirdilər. Buna görə də, qərarın açıqlanmasından az sonra neft 5%-ə yaxın ucuzlaşıb. Lakin A.Novakın açıqlamaları və bu həftə ABŞ-da neft ehtiyatlarının kəskin azalacağı ehtimalları neft qiymətlərində müvəqqəti sabitlik yaradıb. Hazırda "Brent" markalı neft 52,5 dollar/barel, WTI nefti isə 49,7 dollar/barelə satılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 29-05-2017, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma