Xəbər lenti

 Bu gün istedadlı qələm sahibi, yazıçı, Naxçıvan Muxtar respublikasının əməkdar jurnalisti Hüseyn Əsgərovun jurnalistlik fəaliyyətinin 40 ili tamam olur.
Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabrın 13-də  Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində  anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir il “Şərq qapısı” qəzetində, iyirmi üç il Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist kimi çalışıb. Həmin müddətdə paralel olaraq “Xalq qəzeti”nin Naxçıvan MR üzrə zona müxbiri işləyib.
    Hüseyn Əsgərov 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə  əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. 2014-cü ildə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən “Aylı bir gecə” adlı nəsr əsəri nəşr olunub.
Ovqat.com kollektivi olaraq istedadlı yazıçı və jurnalist Hüseyn Əsgərovu jurnalistlik fəaliyyətinin qırx illiyi ilə əlaqədar olaraq təbrik edir, peşəkar fəaliyyətində uğurlar diləyirik.




Ana səhifəyə qayıt        Baxış: 2 328          Tarix: 2-07-2017, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma