Xəbər lenti

 

Əbil HƏSƏNOV

 

Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı qızışdırdıqca onun da bədəni isinirdi. Gözlərini açıb yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları gözlərini qamaşdırdı. O, yenə yaşayırdı. Belə yaşamaqdan bezmişdi. Qocalmışdı. Gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nə də zəhəri. Ölmək istəyirdi, amma günəşin istisi onu yenə həyata qaytarırdı. Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. O sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. Çobanı da sancmışdı. Fısıldayaraq dilini çıxarıb çobana yalvarmağa başladı:

-Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar-dedi.

Çoban isə “Mənim sənə verəsi çörəyim yoxdu. Sən ilansan, ilan. Qabığını dəyişirsən. xasiyyətini yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get qanını mənim üstümə tökmə” -deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı. O, gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq necə öldürdüyünü gözləri önünə gətirdi:

-Məni öldürüb balalarımı yetim qoyma.

– Kəs səsini. Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq, -deyərək, dilindən sancıb onu öldürmüşdü.

 

Kənddə heç kim qalmamışdı. O, balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb, kəndi xarabaya çevirmişdi. Açlıq və susuzluq onu haldan salmışdı. Nə yeməyə bir şey, nə də içməyə su tapdı:

-Gedim, durum yolun üstündə, bəlkə kimsə məni görüb öldürə,-deyərək yola tərəf süründü. Bu yol ilə nə gedən vardı, nə gələn.

Xaraba kəndə kim gələcəkdi ki?




Ana səhifəyə qayıt        Baxış: 1 055          Tarix: 11-09-2017, 00:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent