Xəbər lenti

 Sənə bənzədirəm duyğularımındakı təlatümü, titrəyişi. Sənə bənzədirəm ürəyimlə deyil, dəlisov şıltaq düşüncəmlə verdiyim son qərarımla onlu günlərimə bir daha qayıtmamağı, necə ki, bir anlıq göz qırpımındaca hər şeyi bitirib yerlə-yeksan edəcəyin kimi. Necə ki, bir göz qırpımında günəşin üzünü buludlarla örtüb gizlətdiyin kimi. Əsirsən-coşusran ürəyini buludlara boşaldırsan, qovursan onları, qovursan , yenə də hirsin soyumur ki, soyumur! Hirsini dənizə, torpağa , ağaclara tökürsən yenə də sakitləşmirsən. Dəlisov külək səndəmi tənhasan, səndəmi ?! Sənindəmi sinən ümman , gözələrin göl oldu! Sənindəmi!... Tənha külək, tənha ürək... Tənha bitən ağac və bu ağacın budağında payızın izi qalan saralmış tənha yarpaq.Tənha külək qiyma o tənha yarpağa qoy payız nəfəsində baharını yaşasın




Ana səhifəyə qayıt        Baxış: 1 541          Tarix: 18-07-2017, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma