Xəbər lenti

Azərbaycanda dövlət qulluğuna qəbul üçün tələb olunan keçid ballarında dəyişiklik edilib.
Ovqat.com-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Texniki Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrantların iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Onun sözlərinə görə, əvvəl nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 bal idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi bu, 65 bal müəyyən edilib.
V.Əsgərov qeyd edib ki, artıq daha yüksək dövlət qulluğu vəzifələrinə qəbulun müsabiqə ilə keçirilməsi nəzərdə tutulur: “Əvvəl inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələrə qəbul da müsabiqə ilə keçiriləcək”.
V.Əsgərov deyib ki, əvvəl dövlət qulluğuna qəbul üçün test imtahanı hər bir vəzifə üzrə həyata keçirilirdisə, indi test imtahanının vəzifə qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Test imtahanları buna uyğun olaraq, müxtəlif məzmunda təşkil ediləcək.
Şöbə müdiri əlavə edib ki, test imtahanlarında istifadə olunan tapşırıqlarla bağlı da müəyyən dəyişikliklər edilib. Artıq test imtahanlarında açıq tipli test tapşırıqlarından və essedən istifadə olunması nəzərdə tutulur: “Bu test tapşırıqları qruplardan asılı olaraq müəyyən ediləcək.Vəzifə qruplarında hansı tapşırıqlardan istifadə olunacağı DİM tərəfindən müəyyən ediləcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 9-06-2017, 15:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent