Xəbər lenti

 Bərdədə iki yük avtomobili toqquşub, ölən var. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını qarşıda gedən “Shacman” markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi “Qazel” markalı maşında sərnişin hadisə yerində həyatını itirib.

 Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.  Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.   




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 10-06-2017, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma