Xəbər lenti

 

Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib.

Ovqat.com oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir.

Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.

Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı.

Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və "hər şeyin yaxşı bitdiyi üçün" bağışlanılmasını xahiş edib.

Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı




Ana səhifəyə qayıt        Baxış: 351          Tarix: 4-07-2017, 22:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent