Xəbər lenti

 

Şəkidə fərdi yaşayış evi yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 18:40 radələrində rayonun Şorsu kəndində, kənd sakini Əlövsət Yaqub oğlu Yaqubova məxsus, ümumi sahəsi 104 kv/m olam birmərtəbəli 4 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü bütövlüklə, yaşayış sahəsinin 88 kv/m-lik hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 5-07-2017, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma