Xəbər lenti

Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla danışıqları yenidən başlamağa razılaşıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Geo News" özəl mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, Pakistan sülhün əldə olunması üçün daha bir şans vermək məqsədilə dialoqu bərpa etməyə qərar verib. Qeyd olunur ki, əvvəlki danışıqların pozulmasından sonra geri qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti indi müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq.

Mənbələrin məlumatına görə, danışıqlar əsasən Pakistanın Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın, effektiv tədbirlər görməyə dair tələbi üzərində aparılacaq.

Daha əvvəl Pakistanın informasiya və radio yayımı naziri Attaulla Tarar İstanbulda əfqan tərəfi ilə dörd günlük danışıqların nəticəsiz başa çatdığını bəyan etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 4 080          Tarix: Bu gün, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma