Xəbər lenti

Almaniya Kansleri Fridrix Merts Türkiyəyə rəsmi səfər edib.

Bu barədə Oxu.Az "Anadolu" Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Ankaradakı Prezident İqamətgahının qarşısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib.

Liderlər mərasim kürsüsündə yerlərini aldıqdan sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Fridrix Merts fəxri qarovul dəstəsini salamlayıb.

İqamətgahda tarix boyu mövcud olmuş türk dövlətlərinin sayını təmsil edən on altı bayraq asılıb. Almaniya Kanslerinin şərəfinə 21 yaylım atəşi açılıb.

Liderlər hər iki ölkənin dövlət bayraqları fonunda xatirə şəkli çəkdiriblər.

Daha sonra Türkiyə və Almaniya prezidentləri arasında ikitərəfli görüş başlayıb, bundan sonra iki ölkənin rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.

Ardınca Rəcəb Tayyib Ərdoğan və Fridrix Merts iştirakı ilə rəsmi şam yeməyi nəzərdə tutulub.

Qarşılama mərasimində həmçinin Türkiyə Prezident Aparatının rəhbəri Həsən Doğan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Ankara valisi Vasip Şahin və hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini Zəfər Sirakaya iştirak ediblər.




Ana səhifəyə qayıt        Baxış: 2 803          Tarix: Dünən, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma