Xəbər lenti

“Qlobal və regiondakı vəziyyəti təhlil edərkən, biz Azərbaycanla ortaq maraqların ola biləcəyini anladıq. Xüsusilə də, Cənubi Qafqaz ölkələrinin taleyinin bir-biri ilə əlaqəli olduğunu anlamış ola bilərik və bəlkə də indi, onilliklər davam edən düşmənçilikdən sonra bu, bizim üçün daha aydın olur”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda "Liderlik Yollarının Kəsişməsində" müzakirəsi zamanı bildirib.

O əlavə edib ki, Azərbaycanın bu qiymətləndirmə ilə razılaşıb-razılaşmayacağından əmin deyil, çünki bu barədə həmin ölkənin nümayəndələri ilə müzakirə aparmayıb.

"Bəlkə də ortaq maraqların xüsusən də müstəqilliyimizi, suverenliyimizi və dövlətçiliyimizi gücləndirmək üçün ortaq məxrəc ola biləcəyini anlamağa başlamışıq, çünki tarix göstərir ki, hər ikimiz bu yolla qazana bilərik.

Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində üç gün ərzində birlikdə müstəqillik qazandıq. 1918-ci ildə müstəqillik qazandıq, bir neçə il sonra isə eyni zamanda onu itirdik - Azərbaycan, Ermənistan və Gürcüstan olaraq. 1991-ci ildə eyni vaxtda, birlikdə müstəqillik qazandıq və bəlkə də bir müddət sonra müstəqilliyimizə ortaq bir təhlükənin ola biləcəyini anladıq.

Və dövlətlərimizin inkişafı, müstəqilliyimizin və suverenliyimizin qorunması gündəliyinə diqqət yetirməyə qərar verdik.

Mənim fikrimcə, bu, çox vacib amildir, baxmayaraq ki, Azərbaycan tərəfinin də bunu eyni şəkildə qiymətləndirəcəyinə əmin deyiləm", - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 670          Tarix: Bu gün, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma