Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinə dərhal nüvə silahlarının sınaqlarına başlamağı tapşırıb.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Tram Truth Social hesabında yayıb. Onun sözlərinə görə, ABŞ "ən böyük nüvə silahı arsenalına malikdir": "Rusiya ikinci yerdədir, Çin isə xeyli geridə qalaraq üçüncü yerdədir, lakin beş il ərzində buna bərabər olacaq. Digər ölkələrin sınaq proqramlarına görə Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq".

Si Cinpinlə görüşdən əvvəl mətbuatla təmas zamanı Tramp paylaşımı ilə bağlı sualları cavablandırmayıb.

Qeyd edək ki, ABŞ prezidentinin paylaşımı Rusiyada böyük ajiotaja səbəb olub. Hazırda Rusiya mətbuatı ABŞ-ın mümkün nüvə sınaqlarına dair onlarla material dərc edir.




Ana səhifəyə qayıt        Baxış: 2 936          Tarix: Bu gün, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma