Xəbər lenti

"Milli Məclis İntizam Komissiyası parlamentin payız sessiyası başlayandan sonra pozuntulara yol vermiş millət vəkilləri ilə bağlı məsələlərə baxılacaq".

Bu sözləri Publika.az-a açıqlamasında komissiyanın sədri Ağacan Əbiyev deyib.

Onun sözlərinə görə, millət vəkili Elxan Süleymanovun yaz sessiyasında iclaslarda az iştirak etməsi, son günlər millət vəkili Astan Şahverdiyevlə bağlı müzakirələrə Komissiyanın iclasında baxılacaq: “Elxan müəllimin nə qədər iclasda iştirak etməməsi, Astan Şahverdiyevin açıqlaması, eləcə də digər məsələlərə baxılacaq. Sentyabrda Milli Məclis fəaliyyətə başlayacaq və bundan sonra Komissiya ilk iclasını keçirə biləcək. Bu iki ay ərzində o qədər hadisələr baş verib ki, onların bəzilərindən xəbərimiz yoxdur. Bütün bunlar Komisiya tərəfindən araşdırılacaq, lazımi addım atılacaq”.




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 8-08-2017, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma