Xəbər lenti

                                  

Yaponiyanın “Japan Airlines” (JAL) aviaşirkəti səsdən iti təyyarənin hazırlanması üçün ABŞ şirkətlərindən birinə 10 milyon dollar vəsait ayırmağı planlaşdırır.

 NHK telekanalı xəbər verir ki, “Boom Technology” şirkəti səsin sürətini təqribən iki dəfə üstələyəcək təyyarənin hazırlaması üzərində işləyir. Bu aparatın saatda 2300 kilometr sürətlə uçacağı bildirilir.

Həmin təyyarənin Tokiodan San-Fransiskoya qədər olan məsafəni iki dəfə azaldaraq 5 saat yarıma qət edəcəyi gözlənilir. Həmin startap şirkətinin təyyarələrin kommersiya istifadəsinə 2023-cü ildə başlayacağı bildirilir.

“JAL” şirkətindən verilən məlumata görə, şirkət artıq 20 təyyarənin sifarişi hüququnu əldə edib. Səsdən iti təyyarənin nə zaman və hansı marşrutlarda istifadə olunacağı, təyyarənin təhlükəsizliyi və yaradacağı səs həddinin azalması ilə bağlı tədbirlər təsdiq edildikdən sonra dəqiqləşdiriləcək.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 816          Tarix: 7-12-2017, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma