Xəbər lenti

 

Oktyabrın 3-də Qazaxıstanda radarlardan itən An-28 təyyarəsi Almatı şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 5 nəfərin hamısı həlak olub.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi məlumat verib.

Təyyarənin "East Wing" aviaşirkətinə məxsus olduğu bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Mülki Aviasiya Komitəsi Almatı - Çimkənd marşrutu üzə sanitar uçuşu həyata keçirən An-28 təyyarəsinin yerli vaxtla saat 18:47-də Almatı hava limanından 28 kilometr məsafədə radarlardan itdiyinə dair xəbərlər yayılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 3-10-2017, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma