Xəbər lenti

Yüz insanın cəsədinin külü SpaceX Falcon 9 raketi vasitəsi ilə kosmosa göndəriləcək.

Strateq.az bildirir ki, bu barədə Americaru məlumat yayıb.

2016-cı ilin noyabrında vəfat etmiş 36 yaşlı Ceym Emberlinq son arzusu olaraq külünün kosmosa göndərilməsini vəsiyyət edib. İndi onun vəsiyyəti reallaşacaq. Onun qalıqları və digər yüz ölmüş adamın külü Elysium Space sputniki ilə orbitə çıxarılacaq.

Hər ailə öz əzizinin sputnikin bortundakı yeri üçün 2500 dollar ödəyib. Qohumlar 4 il yer kürəsi ətrafında dövr edəcək sputnikə əlavə edilmiş proqram vasitəsilə vəfat etmiş adamlarını real zamanda izləyə biləcəklər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 4-12-2018, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma