Xəbər lenti

Bu dəfə taksi sürücüsü işə düzəlmək adı ilə fırıldaqçının qurbanı olub. Belə ki, özünü Türkiyə vətəndaşı kimi qələmə verən bir nəfər taksi sürücüsünü işə düzəltmək adı ilə ondan 800 manat pul alaraq yoxa çıxıb. Həmin şəxsin görüntüləri isə avtomobildə quraşdırılan kameraya düşüb. Üstəlik, bu onun yeganə fırıldağı deyil.

Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, fırıldaqçının qurbanı olan Anar Vəliyev Abşeron rayonu Xırdalan dairəsi yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Onun sözlərinə görə, bir gün tanımadığı bir nəfər onun avtomobilinə müştəri kimi əyləşib. Yolda həmin şəxs özünü Türkiyə vətəndaşı Mustafa Koç kimi təqdim edib. Taksiçi iddia edir ki, o, əvvəlcə telefonla başqa biriylə danışıraq guya kimisə işdən azad etdiyini və onun yerinə başqasını işə götürəcəyini bildirib. Sonra bu işi Anara təklif edib və müqabilində 2 min manat pul istəyib.

Həmin şəxs növbəti dəfə Anar Vəliyevlə görüşdükdə danışıqlar onun avtomobilində baş tutub və bu proses maşında quraşdırılmış kamera tərəfindən qeydə alınıb.

Sonradan məlum olub ki, özünü Türkiyə vətəndaşı kimi təqdim edən şəxs əslində azərbaycanlıdır və adı-soyadı Vüsal İsayevdir. Sonradan zərərçəkmiş onun telefon nömrəsinə zəng vursa da, telefon bağlı olub.

Vüsal İsayevin daha bir qurbanı isə elə eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Emin Qəhrəmanov olacaqmış. Onun sözlərinə görə, Vüsal İsayev onun avtomobilinə də müştəri qismində əyləşərək Bakıda şirkətlərdən birində mühüm vəzifə tutduğunu və özünün sürücüsü olmasını təklif edib. İşə qəbul üçün isə ondan min manat pul istəyib. Hətta bir neçə dəfə paytaxtda olan bir ofisə apararaq ondan çöldə gözləməsini istəyib. Sonradan Emin Qəhrəmanov həmin ofisə baş çəksə də, orada ona belə bir şəxsi tanımadıqlarını deyiblər.

Məsələni araşdırmaq üçün Vüsal İsayevlə əlaqə saxlasaq da, telefonu açan olmadı. Hər iki şəxs Vüsal İsayevdən hüquq mühafizə orqanlarına şikayət edəcəklərini deyirlər.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 27-05-2017, 20:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent