Xəbər lenti
Rusiyada bir müddət əvvəl baş vermiş terror hücumlarının nəticələrinin öhdəsindən gələ bilmək üçün rəsmi Moskva qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyir.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın “Stratfor” analitika mərkəzinin məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, bu məqsədlə Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və təhlükəsizlik sahəsi ilə əlaqədar rəsmi şəxslərlə görüşüb.

Müəllifin fikrincə, Azərbaycan ənənəvi olaraq təhlükəsizlik məsələlərində neytrallığını qoruyub saxlayır. Amma Dağlıq Qarabağ məsələsində Rusiyanın fəaliyyəti Bakı ilə Moskva arasında təhlükəsizlik və hərbi əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarıb.



Ana səhifəyə qayıt        Baxış: 1 089          Tarix: 12-04-2017, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma