Xəbər lenti

“Early Manuscripts Electronic Library” təşkilatının tədqiqatçıları Misirdə Sinay yarımadasında Müqəddəs Yelena adına kilsədə orta əsrlərdə Azərbaycanda yayılmış qədim alban dilində yazılar tapıblar.

Publika.az bildirir ki, bu barədə “Atlantico” nəşri yazır

Nəşr qeyd edir ki, mətnlər 1300 ildən çox bir müddətdə ölü doğulmuş dananın dərisində yazılıb. Rahiblər limon suyu və digər inqridiyentlər vasitəsi ilə mətni siliblər ki, digər yazıları qeyd etsinlər. Lakin müasir texnologiyalar bu mətnləri oxumağa icazə verir.

Nəşr təəssüf edir ki, mətni oxumaq olmayacaq, çünki qədim alban dili bizim eramızın əvvəllərində Azərbaycanda bir dil kimi itib.

Mətnlərdən əlavə, tədqiqatçılar həmçinin Hippokratın reseptini aşkarlayıblar, lakin onu da tam oxumaq mümkün olmayacaq.

“Atlantico” bu tapıntıları “kiçik möcüzə” adlandırıb




Ana səhifəyə qayıt        Baxış: 1 048          Tarix: 19-08-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma