Xəbər lenti

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək.

Bunu özəl olaraq Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın payız sessiyasında iştirak edəcək və müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, sessiyanın gündəliyində birbaşa Azərbaycanla bağlı məsələ yoxdur: “Sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, biz Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsini həmişə gündəmə gətirirk və bu dəfə də gətirəcəyik”.

Xatırladaq ki, AŞ PA-nın payız sessiyası 8-12 oktyabr tarixlərində Strasburqda baş tutacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 221          Tarix: 5-10-2018, 17:25      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent