Xəbər lenti

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ) və Stefan Viskonti (Fransa) iyunun 10-da Ermənistana səfər edərək prezident, xarici işlər naziri və müdafiə nazirləri ilə görüşəcəklər.

AzVision.az “Armenpress.am”-a istinadən xəbər verir ki, bunu Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
“İyunun 10-da baş tutacaq görüşlər zamanı biz Qarabağdakı vəziyyəti dəqiqləşdirmək istəyərdik. Səhəri gün isə Qarabağa səfər planlaşdırlır. Prezidentlərin iş qrafiki nəzərə alınmaqla biz gələn həftənin sonu Bakıya da səfər edəcəyik. Praktikaya əsasən səfərin sonunda ATƏT-in rəsmi saytında müvafiq bəyanat yerləşdiriləcək. Dediyim ki, münaqişə zonasında vəziyyət, onun inkişaf perspektivləri səfərdə əsas müzakirə mövzusu olacaq. Vasitəçilərin əsas vəzifəsi münaqişənin yalnız sülh, siyasi - diplomatik yolla həllidir. Bu istiqamətdə işləri davam etdirəcəyik”, - deyə Popov qeyd edib.  




Ana səhifəyə qayıt        Baxış: 1 087          Tarix: 7-06-2017, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma