Xəbər lenti

 

27 oktyabr qırğınından sonra Ermənistanın forpost edilməsi, vassallaşdırılması prosesi başladı.

Axar.az xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.

“27 oktyabr 1999-cu ildə Ermənistan parlametinin güllələnməsi Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Bu hücum zamanı Baş nazir Vazgen Sərkisyan öldü. O, Ermənistan siyasi elitasının müstəqillik tərəfdarı olan sonuncu siması idi.

Köçəryanın “27 oktyabr” işində rolu Nairi Unanyanın (parlamenti güllə-baran edənlərdən biri – red.) rolundan heç də fərqlənmir. Unanyan sadəcə vasitəçi idi. Təsadüfi deyil ki, 27 oktyabr qırğınından sonra Ermənistanın forpost edilməsi, vassallaşdırılması prosesi başladı. Ermənistanda siyasi sistemin adekvatlığını itirməsi 1999-cu ildən başladı. O zaman müxalifət müstəqillik əvəzinə Robert Köçəryanla Rusiya razılığını almaq uğrunda mübarizəyə başladı. Eyni formada Sərkisyan Rusiyanın xeyir-duasını alıb, 1 mart 2008-ci il qırğınını törətdi. Biz sistemin yenidən qeyri-adekvatlığının şahidi olduq. Müxalifət Levon Ter-Petrosyanın rəhbərliyi altında Serj Sərkisyanla birgə Ermənistanı Avrasiya bataqlığına doğru aparan geridönməz prosesi başlatdı”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin 1999-cu ildə tutulması nəticəsində Baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçiyan, vitse-spiker Yuri Baxşyan, vitse-spiker Ruben Miroyan və digərləri qətlə yetirildilər. Bu teraktdan sonra Ermənistanda Qarabağ klanının hakimiyyəti gücləndi. Erməni müxalifəti indiyə qədər bu hadisənin arxasında Rusiyanın dayandığını güman edir.




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 14-07-2017, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma