Xəbər lenti

31 may – Ümumdünya Siqaret Əleyhinə gündür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirməsinə görə, dünyada 1 milyardadək adam siqaret çəkir, bu, dünya əhalisinin yeddidə biri deməkdir.

Dünyada ürək-damar xəstəliklərindən daha çox adamın dünyasını dəyişdiyi, yüksək qan təzyiqindən sonra ikinci səbəb kimi tütündən istifadənin durduğu bildirilir.

Hər dəqiqədə dünyada 11 milyon siqaret çəkilir, 10 nəfərsə bu zərərli vərdişdən dünyasını dəyişir. Bu arada siqaret sənayesi milyardlar qazanmaqdadır.

 SİQARETİ KASIBÇILIQDAN ÇƏKİRLƏR?

1,3 milyard əhalisi olan Çində 315 milyon nəfər siqaret çəkir, yəni dünyada istifadə olunan siqaretlərin üçdə birindən də artığını. İndoneziyada isə yaşı 15-dən yuxarı kişilərin 76 faizi siqaretə qurşanıb.

Dünyada siqaret çəkənlərin 80 faizi az və orta gəlirli ölkələrdə yaşayır, onlardan 226 milyon nəfəri kasıbdır. Ötən ilin aprelində “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada deyilirdi ki, son 25 ildə hər gün tütündən istifadə edənlərin sayı azalıb.

“Euromonitor” siqaret satışından ildə 680 milyard dollardan artıq gəlir götürüldüyünü hesablayıb.

2015-ci ildə hər dörd kişidən biri və hər 20 qadından biri gündəlik siqaret çəkib. Bəzi ölkələrdə siqaret çəkənlərin sayı azalsa da, tütünə nəzarət qaydalarının zəif olduğu bir çox ölkələrdə istifadə yüksəlir. Bunu isə siqaret əleyhinə lobbi təşkilatı olan “The Tobacco Atlas” bildirib.

Məsələn, Saharaaltı Afrika kimi yoxsul ərazilərdə siqaret çəkənlər artır, Avstraliya, Braziliya, Britaniyada azalır. Çünki bu ölkələrdə tütünə vergi yüksəldilir, qadağalar qoyulur, sağlamlıqla bağlı xəbərdarlıq edilir. Bəzi yerlərdə bazarlara elektron siqaretlər də daxil olub.

Fransada ötən il siqaret çəkənlərin sayı 2016-cı illə müqayisədə bir milyon nəfər azalıb.

2012-ci ildəki pik səviyyəyə baxanda Çində tütün satışı 10 faiz düşüb. Ekspertlər önlənməsi mümkün ölüm hallarının əsas səbəbi kimi tütün görürlər.

ÖLÜMƏ APARAN YOL

ÜST-yə görə, hər il aktiv, yaxud passiv siqaret çəkməkdən 7 milyondan çox adam ölür. Hər altı saniyədən bir ölüm halına görə məhz tütündən istifadə günahkar sayılır.

Xərçəng, ürək tutması, iflic, ağciyər xəstəlikləri əsasən tütünlə assosiasiya olunur.

20-ci əsrdə tütündən 100 milyon nəfərin dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, 2-ci dünya müharibəsi zamanı 60-80 milyon, 1-ci dünya müharibəsində isə 18 milyon nəfərin həlak olduğu bildirilirdi. Yəni, siqaretdən ölənlərin sayı bu iki müharibənin səbəb olduğu insan itkisindən çoxdur.

ÜST bildirir ki, indiki temp dəyişməzsə, 21-ci əsrdə dünyada tütündən bir milyardadək adam dünyasını bilər. Bütün dünyada 4,3 milyon hektar ərazidə tütün becərilir. Bu, İsveçrənin ərazisinə bərabərdir. Çin dünyada tütünün 40 faizini istehsal edir.

Qlobal siqaret bazarının 80 faizinə beş şirkət nəzarət edir. 2015-ci ildə ilk 6 yeri tutan şirkət 62 milyard dollardan çox qazanc əldə edib. “The Tobacco Atlas” bildirir ki, dünyada ildə 5,7 trilyon siqaret çəkilir, dəqiqəyə 11 milyon düşür. (Azadlıq Radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 412          Tarix: 31-05-2018, 16:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent