Xəbər lenti

Ukrayna 2017-ci ilin yanvar-iyul aylarında 147,303 mln. ABŞ dolları məbləğində siqaret, siqar və papiros məhsulları ixrac edib.

"Report"un UNN saytına istinadən verdiyi məlumata görə, bu, Ukrayna Dövlət Fiskal (Maliyyə) Xidmətinin hesabatında yer alıb.

Bu dövrdə siqaretin ən iri idxalçısı Yaponiya olub. Ukraynadan bu ölkəyə 37,2 mln. dollarlıq siqaret məhsulu ixrac edilib. İkinci yerdə olan Gürcüstan 28,9 mln. dollarlıq, üçüncü olan Azərbaycan isə 25,6 mln. dollar məbləğində siqaret alıb.

Eyni zamanda, hesabat dövründə siqaret idxalı 29,6 mln. dollat təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 21-08-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma