Xəbər lenti

 

Siqaret çəkmək bütün dünyada ən yayılmış pis vərdişdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin hesablamalarına görə, dünyada hər 6 saniyə tütündən 1 insan həlak olur.

Hər il bu vərdişin fəsadlarından dünyada 6 milyona yaxın (!) insan dünyasını dəyişir. Hesablamalara görə belə davam etdiyi təqdirdə 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.

Bu insanların arasında həm siqaret çəkən, həm də uzun müddət ərzində tütünün təsirinə məruz qalan (ailədə, iş kollektivində və s.) insanlar (passiv siqaret çəkənlər) var. Passiv siqaret çəkmə ürək-damar sistemi, onkoloji xəstəliklərinin, astmanın, körpələrdə ani ölümünün riskini xeyli artırır. Həmçinin passiv siqaret çəkmə insanın koqnitiv funksiyalarına (diqqət, təfəkkür və s.), yaddaşına çox mənfi təsir edir. Passiv siqaret çəkmə xüsusilə uşaqlar və hamilə qadınlar üçün ziyanlıdır.

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən 31 may Dünya Tütünsüz Günü kimi qeyd edilir (World No Tobacco Day).

Diqqət! Siqaret çəkmə bu kimi ağır xəstəliklərin və pozulmaların əsas risk faktorlarından biri sayılır:

- insult

- infarkt

- ağciyər xərçəngi

- xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)

- ağciyər enfizeması

- mədə xorası

- ətraflarda arteriyaların zədələnməsi (bu qanqrenaya və ətrafın amputasiyasına (kəsilməsinə) gətirib çıxardır)

- sidik kisəsi xərçəngi

- qida borusunun xərçəngi

- ağız boşluğu, dil, dodaq xərçəngi

- impotensiya, sonsuzluq.

Nəzərə almaq lazımdır ki, ziyansız siqaret yoxdur. Araşdırmalar göstərir ki, "yüngül" və həmçinin elektron siqaretlər hətta adi siqaretlərdən də ziyanlıdır.

Bir çoxları fikirləşir ki, siqaretdən fərqli olaraq qəlyan ziyansızdır. Bu çox təhlükəli yanılmadır. Qəlyanda filtr kimi su istifadə olunur. Lakin sudan keçdikdən sonra tütün tüstüsü yalnız az bir miqdarda ziyanlı maddələrdən təmizlənir. Əsas ziyan isə qalır. Hətta araşdırmalar göstərir ki, qəlyan çəkən insanların orqanizmində arsen, qurğuşun və bir çox digər ziyanlı maddələr daha çox miqdarda toplanır.

Öz və yaxınlarınızın sağlamlığı naminə siqaretdən bu gün imtina edin! /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 215          Tarix: 31-05-2017, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma