Xəbər lenti

 

Bu gün saat 17 radələrində “Gənclik Mall" ticarət mərkəzindən insanlar təxliyə olunublar. Ticarət mərkəzindəki sakinlərin sözlərinə görə, qəfildən elektrik enerjisi kəsilib və insanlara binadan çıxmaq xəbərdarlığı edilib.

“Gənclik Mall" ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Nuranə İsgəndərova Publika.az-a açıqlamasında problemin elektrik kəsintisindən qaynaqlandığını bildirib:

“Problem “Gənclik Mall”la bağlı deyil. Sadəcə “Azərışıq”dan ticarət mərkəzinə gələn elektik xətlərində nasazlıq olub. Buna görə də insanlar binadan təxliyə edilib, yarım saat ərzində elektrik enerjisi bərpa edilib”.

   

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 20-06-2017, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma