Xəbər lenti

Ermənistanın Baş naziri Nikol Paşinyan İslam İnqilabının 47-ci ildönümü münasibətilə Ali Rəhbər Əli Xameneiyə və ölkə prezidenti Məsud Pezeşkiana təbrik məktubları göndərib

Paşinyan təbrik məktubunda İranla münasibətləri strateji adlandırıb.
Ermənistan lideri Tehranla strateji münasibətlərin inkişaf etdirilməsini və dərinləşdirilməsini prioritet hesab ediyini deyib.

O, İranla birlikdə regionda sülhə və sabitliyə töhfə verəcək yeni layihələr həyata keçirməyə ümid etdiyini də vurğulayıb.
Prezident Məsud Pezeşkiana ünvanlanan təbrikdə iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, səmimiyyət və etimada əsaslandığı qeyd olunub.
Paşinyan Pezeshkyanın ötən il Ermənistana səfərini xatırladıb və qeyd edib ki, səfər zamanı ikitərəfli əməkdaşlığın və regional proseslərin zəngin gündəliyini müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 2 045          Tarix: 11-02-2026, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma