İranın paytaxtı Tehranda keçirilən kütləvi aksiyalar zamanı nümayişçilər simvolik və həm də qorxunc bir addım atıblar. Üzərində "Baal" yazılmış və demonik fiqur şəklində hazırlanmış müqavva izdihamın gözü qarşısında yandırılıb.
Aksiyada iştirak edən minlərlə insan eyni zamanda "İsrailə ölüm" şüarlarını səsləndirərək bölgədəki gərginliyi daha da artırıblar.
Yandırılan fiqurun üzərində İsrailin simvolu olan "Davud ulduzu"nun (Maqen David) təsvir edilməsi xüsusi diqqət çəkib. "Baal" simvolu təsadüfi seçilməyib:
"Baal" — qədim Kənan tanrısıdır və müasir dini-siyasi ritorikada tez-tez satanizmin, elitar korrupsiyanın və uşaq qurbanlarının rəmzi kimi istifadə olunur.
Müşahidəçilər hesab edirlər ki, nümayişçilərin bu cür qədim dini simvollara müraciət etməsi, İsrailə qarşı aparılan təbliğatın daha radikal və dini müstəviyə keçdiyini göstərir. Aksiya zamanı həmçinin Qərbin Yaxın Şərq siyasətinə qarşı kəskin ittihamlar səsləndirilib.
Paylaş:




























