Xəbər lenti

Onlar Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində döyüşüblər.

Bu barədə Yonhap məlumat yayıb.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, hazırda Rusiyanın cəbhəyanı Kursk bölgəsində təxminən 11 min Şimali Koreya hərbçisi yerləşir.

Onlardan 10 mini adi qoşun hissələri, 1000 nəfəri isə mühəndis bölmələridir.

Kəşfiyyat həmçinin bildirir ki, 2025-ci ilin dekabrında KXDR-ə qayıdan təxminən 1,1 min hərbçi yenidən Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilə bilər.

“6000 itkiyə baxmayaraq, Şimali Koreya ordusu Rusiyanın texniki dəstəyi ilə müasir döyüş taktikalarının mənimsənilməsi və silah sistemlərinin modernləşdirilməsi baxımından nəticələr əldə edib”, - Cənubi Koreya kəşfiyyatı qeyd edir.




Ana səhifəyə qayıt        Baxış: 49          Tarix: Dünən, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma