Xəbər lenti

Bu gün SEPAH ilə əlaqəli olduğu bildirilən media kanalları süni intellekt vasitəsilə hazırlanmış paylaşım edib

"Azad İran" xəbər verir ki, paylaşımda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupuna qarşı Ərəbistan dənizində mümkün hücum ssenarisi təsvir olunur.

Kadrların süni intellektlə hazırlandığı bildirilir və səhnələrdə dronlar, sürətli hücum qayıqları, raket sistemləri və sualtı qayıqlardan istifadə edildiyi göstərilir.

Paylaşılan videonun rəsmi mövqeni əks etdirib-etdirmədiyi barədə İranın rəsmi qurumları tərəfindən açıqlama verilməyib.

Habelə, ABŞ tərəfi də görüntülərlə bağlı rəsmi şərh yaymayıb.




Ana səhifəyə qayıt        Baxış: 56          Tarix: Dünən, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma