Avropa ölkələri öz aralarında əməkdaşlığı gücləndirməklə müdafiə baxımından ABŞ-dan asılılıqdan qurtulmalıdırlar
Bu, Böyük Britaniya Baş naziri Keir Starmerin Münhen Təhlükəsizlik Konfransında planlaşdırılan çıxışında əksini tapıb:
"Biz artıq Brexit dövrünün Britaniyası deyilik. Çünki bilirik ki, təhlükəli dövrlərdə daxilə baxaraq nəzarəti bərqərar edə bilmərik, əks halda onu itirəcəyik. Buna imkan verməyəcəyik".
Starmerin çıxışının mətni Baş nazir ofisi tərəfindən paylanıb. "Avropa olmadan Britaniya təhlükəsizliyi, Britaniya olmadan Avropa təhlükəsizliyi yoxdur. Bu, tarixi bir dərsdir, amma bu gün reallıqdır", - deyə "daha çox Avropa NATO-su"nun tərəfdarı olan Starmer bildirir.
Britaniya Baş naziri əmindir ki, Avropa transatlantik tərəfdaşından həddindən artıq asılılığını regional qarşılıqlı asılılıqla əvəz etməlidir:
"Mən ABŞ-ın geri çəkilməsi demək deyil, daha ədalətli yük bölgüsü çağırışına tam cavab verən və bizə çox yaxşı xidmət edən əlaqələri yenidən düşünən Avropa təhlükəsizliyi və daha böyük Avropa muxtariyyəti vizyonundan danışıram".
Starmer hesab edir ki, Avropa "yatmış nəhəng"dir və onun iqtisadiyyatı "Rusiyanınkından 10 dəfə böyükdür".
Paylaş:




























