Xəbər lenti

Şimali Koreyanın rəhbəri Kim Çen In Rusiyanın Kursk bölgəsinin azad edilməsi əməliyyatlarında iştirak etmiş Koreya hərbçilərinə həsr olunan Hərbi Qəhrəmanların Xatirə Muzeyinin tikinti prosesini yoxlayıb

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Şimali Koreya lideri muzey kompleksindəki heykəllərin quraşdırılmasın prosesinə baxıb, partiya və hərbi liderlərlə, eləcə də bədii təşkilatların nümayəndələri ilə görüşüb.

KCNA-nın məlumatına görə, Kim Çen In heykəllərin, panellərin dizaynından məmnun qalıb və xaricdəki hərbi əməliyyatın ölkəsi üçün tarixi əhəmiyyətini vurğulayıb.





Ana səhifəyə qayıt        Baxış: 2 729          Tarix: Bu gün, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma