Xəbər lenti

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib

Görüş zamanı Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. 

Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.

Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib.

Həmçinin Naxçıvanın iqtisadi potensialı, həmçinin bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştlərinin əhəmiyyəti və regionun gələcəkdə azad iqtisadi zonaya çevriləcəyi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Mariyana Kuyundziç ilk biznes səfərinə Naxçıvandan başlamasının əhəmiyyətini vurğulayıb.

Qarşıdakı illərdə Avropa İttifaqı tərəfindən həyata keçiriləcək layihələrin iqtisadi aspektləri müzakirə edilib. Eləcə də sabah baş tutacaq “Merlər Razılaşması-Şərq” layihəsinin təqdimat konfransının əhəmiyyətinə toxunulub.




Ana səhifəyə qayıt        Baxış: 2 591          Tarix: 12-02-2026, 19:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma