Xəbər lenti

  

Heydər Oğuz

Bir gün Braziliyanın yığma komandası dünya turuna çıxır. Məqsəd dünyadakı irili-xırdalı bütün komandalarla yoldaşlıq görüşü keçirmək olur.

İllərlə davam edən bu turdan sonra nəticələlər açıqlanır. Brazilya yalnız iki komandaya uduzubmuş.

Jurnalistlər tökülüşürlər Braziliya millisinin məşqçisinin üstünə ki, bu nə məsələdir? Hansı komandalara uduzubsunuz?

Yazıq məşqçi utana-utana deyir:

-Bir İŞİD milli komandasına, bir də Azərbaycan yığmasına uduzduq.

Jurnalistlər çox təəccüblənirlər. Adını belə eşitmədikləri bu komandaların necə  qələbə çaldıqlarıyla maraqlanırlar. Məşqçi cavab verir:

-Nə edək, İŞİD-lə boğazımıza bıcaq dirənmiş halda mübarizə apardıq. Bir qol vursaydıq, başımızdan futbol topu düzəldəcəkdilər. Axırda da bizim qapıçımızın boğazına bıcaq dirədilər ki, bir topu qapıdan keçirdəcəksən. Biz də 1-0 hesabıyla məğlub olduq.

-Yaxşı, bunu anladıq, bəs, Azərbaycan? Orda da boğazınıza bıcaq dirəmişdilər?

-Xeyr, orda elə şey yox idi. Ölkədə tam stabillik hökm sürür. Amma azərbaycanlılarla oynamaq dünyanın ən çətin işidir.

 -Doğrudan? Yəni o qədər mükəmməl oynayırlar?

-Yox, oynamağına oynaya bilmirlər. Amma xasiyyətləri ağırdır. Təsəvvür edin: biz onların qapısını qol vurmaqdan dəlmə-deşik elədik, amma birini də boyunlarına qoya bilmədik. Üstəlik, bizim vurduqlarımızı da özlərinə saydılar.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) təşkilatı tərəfindən hazırlanan materialdan sonra ölkəmizdə başlayan hay-küy bu lətifəni xatırladır. Təşkilat ortaya sənəd qoyub ittiham irəli sürür, bizimkilər daş atıb başlarını tuturlar ki, bəs, hesabat ermənilərin puluyla hazırlayıb. Yəni korrupsioner və sənəd saxtakarı OCCRP-in özüdür, vəssəlam.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 6-09-2017, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma