Xəbər lenti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla dostluq və qardaşlığı tənqid edənlərə cavab verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Biz bütün qonşularımızla qardaşıq. Aramızda yalnız quru sərhəd var. Hər kəsin öz evi var - suyumuz bir, torpağımız bir.

Mənim bir evim, sənin bir evin var. Hər kəs öz evində hakimdir. Biz bütün qonşularımızla qardaşıq, qohumuq, yaxınıq", - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 739          Tarix: Dünən, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma