Xəbər lenti

Messencer İŞİD-lə əməkdaşlıq edir - İranda "Telegram"ın rəhbərinə cinayət işi açıldı

"Telegram" adlanan messencer üzərindən İŞİD üzvlərinin yazışması aşkarlanıb.

Publika.az xəbər verir ki, Tehran prokuroru Abbas Cəfərinin sözlərinə görə, İŞİD öz cinayətkar və terror planlarını sözügedən messencer vasitəsilə qərarlaşdırıb. Məhz bu səbəbdən proqramın tərtibçisi Pavel Durova qarşı cinayət işi açılıb.

Prokuror bildirib ki, “Telegram” şəbəkəsi yalnız terrorçulara xidmət göstərir: "Bu, cinayətdir. Narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə apardığımız halda, bu cür proqramların fəaliyyətinə icazə vermək olmaz".

Vəziyyətə münasibət bildirən Pavel Durov ona qarşı kəskin mövqenin əsl səbəbinin bu olmadığını deyib: "Bunlar hamısı oyundur. Biz tam əksinə, İranın özündə terrorçuları və aktiv şəkildə fəaliyyət göstərən pornoqrafik kontentləri blokladığımız üçün mənə qarşı uydurma səbəbdən cinayət işi açılıb."




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 27-09-2017, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma