Xəbər lenti

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Myanma hakimiyyətini ölkədəki etnik azlıq olan rohinca müsəlmanlarına qarşı amansız və ardıcıl kampaniya aparmaqda ittiham edib

“Report” TASS-a istinadən xəbər verir ki, amerikalı diplomat regionda zorakılığa son qoyulması üçün Myanma hakimiyyətinə silah satışını dayandırmağa çağırıb.

N.Heylinin sözlərinə görə, açıq və demokratik Myanma üçün bir çox şeyi qurban verən ölkələrin yüksək vəzifəli liderləri utanc hissi keçirməlidirlər.

Amerikalı dillomatın qənaətincə, zorakılığa cavabdeh olan şəxslər tutduqları vəzifələrdən dərhal azad edilməli və məsuliyyətə cəlb olunmalıdır. 

Son məlumatlara görə, Myanmada baş vermiş toqquşmalar nəticəsində 400-dən çox insan öldürülüb, 500 mindən çox sakin öz evlərni tərk edərək qonşu ölkələrə sığınmağa məcbur olub.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 29-09-2017, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma