Xəbər lenti

Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bu ərazilərində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Publika.az-a verilən məlumata görə, bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.




Ana səhifəyə qayıt        Baxış: 848          Tarix: 6-10-2017, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma