Xəbər lenti

2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDIUkraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq.

D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

“Mümkündür ki, çox bayram etməmək üçün 20 apreli və Qələbə Gününü ( 9 may –red.) birləşdirək” – “Sağ sektor”un keçmiş lideri bildirib.

Daha əvvəl Yaroş bildirib ki, Minsk razılaşmalarının icrası Ukraynanın dağılmasına gətirib çıxaracaq. Minsk razılaşmalarına əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına xüsusi status verməyi öhdəsinə götürüb.




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 9-10-2017, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma