
ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, diplomatik sahədə ABŞ və Türkiyə arasında yaranmış problemlər hərbi əməkdaşlığa zərər vurmur.
Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
“Bu ölkə NATO üzrə müttəfiqdir. Biz vahid düşmənə qarşı ümumi mövqe tutmaq üçün gərgin iş aparacağıq. Hərbçilərin xətti ilə birgə yaxşı işləyəcəyik”, - deyə o qeyd edib.
O, həmçinin qeyd edib ki, ötən ildə də iki ölkə arasında diplomatik fikir ayrılıqları yaranıb. Lakin bu, ABŞ və Türkiyənin hərbi əməkdaşlığına təsir göstərməyib.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsindən sonra bu ölkənin Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına qeyri-immiqrant vizaların verilməsinin dayandırlılmasına dair qərar verib. Bundan dərhal sonra Türkiyənin ABŞ-dakı səfirliyi də analoji addım atması ilə bağlı qərarını açıqlayıb.
Paylaş: